75 miqrant boğularaq öldübackend

75 miqrant boğularaq öldü

Liviyada ən azı 75 miqrantın boğularaq öldüyü açıqlanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Liviyadan Avropaya getmək üçün Aralıq dənizində miqrant qayığının batması nəticəsində boğularaq ölüblər.

Liviyanın qərbindəki Zuvara şəhərində sağ qalan 15 nəfərin gəmidən endirildiyi bildirilib.

Son faciə ilə bu il Aralıq dənizində həyatını itirən miqrantların sayının 1300-ü keçdiyi qeyd edilib./qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*