8 il əvvəl ölən qadın dəfn olundubackend

8 il əvvəl ölən qadın dəfn olundu

8 il əvvəl xərçəng olduğunu öyrənən Ayşə Kızmaz, bədənini donor kimi istifadə edilməsi üçün işlədiyi xəstəxanaya vəsiyyət edib. Ölü bədən tibb müəssisəsələrindən birində Cərahiyyə şöbəsində 8 il donor kimi istifadə olunub.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Ayşə Kızmazın cəsədi torpağa tapşırılıb. Onun dəfn mərasimində qohumları, xəstəxananın işçiləri və tələbələr iştirak edib.

Yıldız Texniki Universitetində inzibati vəzifədə çalışan Ayşe Kızmaz 1981-ci ildə Metin Aşçı ilə ailə həyatı qurub. 3 il sonra onlar boşanıb.

Ayşə Kızmaz 27 yaşında mədə xəstəliyi səbəbi ilə xəstəxanaya gedib və xərçəng olduğunu öyrənib. Nadir rast gəlinən xərçəng növünə yoluxan Ayşə Kizmaz 25 dəfə əməliyyat olunub.

O, 2011-ci ildə 52 yaşında vəfat edib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*