Gənc və istedadlı şagirdlər gələcəyə mayakdır. Gələcəyimizi xoşbəxt görmək istəyiriksə, övladlarımıza təhsil vermək, onları cəmiyyətə yararlı fərd kimi böyütmək hər bir valideyinin mənəvi borcudur.
Bugünki gəncliyimizin parlaq olmağına səbəb, gözəl vətənimizin gün gündən işıqlanan ölkəmizin innovativ təhsil sisteminə verilən töhfələrindən biri savadlı kadrlar yetişdirməkdir.
Texnologiya dövründə yaşasaq da, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalı, gənc nəsillərə aşılamalıyıq. Dəyərlərini, vətənini sevən gənc hər bir sahədə istədiyi nailiyyətləri əldə edəcək. Belə gənc istedadlı şagirdlərdən biri Bərdə rayonu Nəcəfalı Quliyev adına Mollalı kənd orta məktəbinin 9-cu sinif şagirdi Nəsibli Xumar Samir qızıdır.
KONKRET.az bildirir ki, ailənin böyük övladı olan Xumarın istedadını ilk olaraq anası, daha sonra isə Təsviri İncəsənət müəlliməsi Ürfanə Ərşadlı olub. Onlar Xumarın bir çox müsabiqələrə qatılmağına vəsilə olub.
Valideyinlərinin də dəstəyi ilə bütün qatıldığı müsabiqələrdə qələbə qazanan Xumar Nəsibli öz əl işlərində hər zaman vətənpərvərlik mövzusuna daha çox üstünlük verib. Buna səbəb olaraq torpaqlarımızın 20 faizinin işğal altında olduğunu bütün dünyaya öz rəsmləri ilə duyurmağa çalışdığını bildirib. Hələ 2016-cı ildə “Biz sülh istəyirik adlı” rəsm müsabiqəsində 1-ci yerə layiq görülən Xumar daha sonralar “Xocalı faciəsi uşaqların gözü ilə” adlı çəkdiyi rəsmə görə tərifnamə , “Təsviri İncəsənət mövzusunda ” çəkdiyi rəsmlərə görə Fəxri Fərmanla təltif olunub.
Xumarın 2019 cu ildə Bərdə rayon Rəsm qalereyasında 4 günlük sərgisi keçirilib. Bu sərgiyə görə Təhsil Nazirliyinin Bərdə rayon Təhsil şöbəsinin müdiri R.Şərifov tərəfindən Diplomla təltif olunub.
2019-cu ildə “Narkomaniyaya yox deyək” “Bayraq Həftəsi” sərgilərində fəxri fərmanla təltif olunan Nəsibli Xumar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentinin “AQTA”, “ Təhlükəsiz qidalar uşaqların gözü ilə” rəsm müsabiqəsindən uğurlu əl işinə görə təşəkkürnamə, Baş Dövlət Yol Polis İdarəsinin “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” mövzusunda uşaq və yeniyetmələr arasında keçirilmiş rəsm müsabiqəsində 1 ci yerə layiq görüldüyü üçün Diplomla təltif olunub.
Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu 2019-cu ildə ”İstedadlı Uşaqlar ” adlı kitabda Azərbaycanın ən gənc rəssamı Xumar Nəsibli haqqında da geniş məqalə hazırlanır. Kitabın 2020-ci Ildə işıq üzü görəcəyi planlaşdırılıb.
Təsviri İncəsənət müəlliməsi Ürfanə Ərşadlı: “Mən elə düşünürəm ki, təhsil alan hər bir şagirdin istedadı var. Biz müəllimlər o istedadı üzə çıxarmalıyıq. Əgər bir müəllim şagirdinin uğurlarını görmək istəyirsə, onun ayaqlarının altına pilləkən qoyub, onu yüksəklərə qaldırmalıdır. Mən də elə etdim. Hər kim sevdiyi işlə ürəklə məşğul olarsa, o işdə böyük nailiyyətlər əldə edər, və sənətinə hörmətlə yanaşarsa, sənətdə onu hörmətli tutar. Xumar mənim şagirdlərimin içərisində Təsviri İncəsənət istedadı olan ən sevimli şagirdimdir. Mən ümid edirəm ki, Xumar bu yolu davam edər, və ona bəxş olunan bu pilləkənlərini uğurla addımlayar.
Mollalı məktəbinin direktoru Ə.Hikmət müəllim Xumarın hər qazandığı uğurun məktəb üçün önəmini vurğulayaraq qeyd edib ki, hər bir istedadlı şagird ailəsinin və təhsil aldığı ocağın qürur mənbəyidir. Bu məktəbin çox istedadlı şagirdləri oub. Məktəbimizin adını yüksək tutan hər bir şagird bizim üçün dəyərlidir. Biz hər zaman çalışırıq ki, digər şagirdlərimzdə hər biri ali təhsil alaraq, vətənimizə, milətimizə faydalı gənclər olsunlar.
Bizdə öz növbəmizdə gənc istedad Xumar Nəsibliyə uğurlar arzu edirik.