9 yeni stansiyanın tikintisinə başlanacaqbackend

9 yeni stansiyanın tikintisinə başlanacaq

2026-cı ildən etibarən Bakı metrosunun inkişafı ilə bağlı genişmiqyaslı tikinti işlərinə start veriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Tikinti Layihələrinin İdarəolunması Departamentinin rəis müavini Məmməd Rzayev məlumat verib.

Onun sözlərinə görə, hazırda sözügedən 9 yeni metro stansiyasının layihələndirilməsi prosesi davam edir:

“Bu ilin sonuna qədər layihələndirmə işləri tamamlanacaq. Gələn ildən isə – 2026-cı ildən etibarən – həmin stansiyaların tikintisinə başlanılacaq”, – deyə Məmməd Rzayev qeyd edib.

Planlaşdırmaya əsasən, tikinti işləri 2030-cu ilədək başa çatdırılacaq və yeni stansiyalar mərhələli şəkildə istismara veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*