90 saniyəlik çıxışdakı BÖYÜK NİFRƏT: Menendez niyə Türkiyəni hədəfə aldı?backend

90 saniyəlik çıxışdakı BÖYÜK NİFRƏT: Menendez niyə Türkiyəni hədəfə aldı?

Amerikalı senator Bob Menendez yenidən Türkiyəni hədəfə alıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, hər zaman Türkiyə əleyhinə mövqeyi ilə tanınan Menendez bu dəfə qardaş ölkədən  ABŞ dövlət katibi Entoni Blinkenə şikayət edib. Menendez Türkiyə ilə bağlı heç bir məntiqə sığmayan açıqlamalar verib. O, rəsmi Ankaranı qonşu ölkələrin hava və su sərhədlərini pozmaqda ittiham edib və sərsəm iddialar irəli sürüb.

“S-400” məsələsindən danışan Menendez, Türkiyənin Rusiya-Ukrayna müharibəsində vasitəçilik etməsindən narahat olduğunu dilə gətirib. PKK/YPG-nin Suriya qolu olan “SDG”yə dəstəyini ifadə edən Menedez Türkiyənin bu terror qruplarına qarşı İraq və Suriyada həyata keçirdiyi əməliyyatları hədəfə alıb. O, terror ittihamı ilə həbsdə olan HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaşın həbsinə etirazını bildirib.

Türkiyə NATO-nun təhlükəsizliyini təhdid edir

Öz sərsəm açıqlamaları ilə daha da irəli gedən menendez 90 saniyəlik çıxışında Türkiyəyə qarşı nifrətini gizlətməyib. “F-16″ların satışına icazə verməyəcəyini təkrarlayan amerikalı senator Türkiyəni dözümsüz ölkə adlandırıb. Blinken isə, “Düşünürəm ki, belə bir ölkəni “məcburi müttəfiq” adlandırmaq lazımdır”, – deyə amerikalı Menendezə dəstəyini ifadə edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*