90 yaşlı qadını avtomobil vuraraq öldürdübackend

90 yaşlı qadını avtomobil vuraraq öldürdü

Sumqayıtda 90 yaşlı qadını avtomobil vuraraq öldürüb.

KONKRET.az xəbər verir ki, Bəhmən Xudayar oğlu Məmmədov “Dacia Logan” markalı avtomobilini Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 119 ünvanında arxa-arxaya idarə edən zaman, yolu soldan sağa keçmək istəyən piyada, 1933-cü il təvəllüdlü Pərnisə Əmirqulu qızı Qasımovanı vurub. Nəticədə, piyada aldığı xəsarətlərdən Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölüb.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılır.//Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*