Abay Kunanbayevin doğum günüdür – Bu adı daşıyanlar arasında azərbaycanlılar da varbackend

Abay Kunanbayevin doğum günüdür - Bu adı daşıyanlar arasında azərbaycanlılar da var

Qazax yazılı ədəbiyyatının banisi, filosof, pedaqoq və bəstəkar Abay Kunanbayevin anadan olmasından 178 il keçir. A.Kunanbayev 1845-ci ildə Semey vilayətində anadan olub. Mütəfəkkirin əsl adı İbrahim olub. Amma o, anasının ona verdiyi “Abay” (diqqətli, ehtiyatlı) ləqəbi ilə bütün dünyada tanınıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, hazırda ölkədə 18 452 nəfər Abay adını daşıyır.

Belə ki, ölkədə bu adda 17785 nəfər qazax, 35 qırğız, 15 rus, 12 tatar, 10 uyğur, 7 qaraqalpaq, 5 özbək, 1 ukraynalı, 1 belarus, 1 azərbaycanlı, 1 tacik, 1 başqırd, 1 altay, 1 qaraçay, 1 dunqan, 1 çin, 1 koreyalı, 1 kürd, 1 alman, 15 başqa millətdən olan və milliyyətini göstərməyən 377 nəfər yaşayır.

Qeyd olunub ki, Qazaxıstanda ən yaşlı Abayın 96 yaşı var.  Ümumilikdə ölkədə böyük şairin 212 yaşlı adaşı var.

Xatırladaq ki, 2020-ci ildən dahi qazax şairi Abayın doğum günü (1845-ci il avqustun 10-u) Qazaxıstanda rəsmi olaraq bayram kimi qeyd edilir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*