Abdullahian Lavrovla müzakirə apardıbackend

Abdullahian Lavrovla müzakirə apardı

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiya xarici işlər naziri Sergey Lavrov araslnda telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sergey Lavrov telefon danışığı zamanı İran İslam Respublikası ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası ilə bağlı əldə olunan razılaşmanı alqışlayıb.

Tərəfər İran, Rusiya, Türkiyə və Suriya arasında görüşün keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər Ukraynadakı baş verən son hadisələri müakirə edib, Abdullahian İranın siyasi həll və dialoqa diqqət yetirilməsi barədə prinsipal münasibətini bildirib.

Tərəflər həmçinin İran İslam Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında texniki əməkdaşlıqla bağlı son müzakirələr barədə danışıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*