Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldıbackend

Abel Məhərrəmovun general qardaşının səlahiyyəti azaldıldı

Ədliyyə Nazirliyinin İnsan resursları Baş İdarəsinin səlahiyyəti azaldılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, bu barədə nazir Fərid Əhmədov müvafiq əmr imzalayıb.

Nazirin müaviq əmri ilə sözügedən idarənin Baş İdarə statusu ləğv edilib. Sözügedən qurum Ədliyyə Nazirliyinin İnsan resursları İdarəsi olaraq fəaliyyət göstərəcək.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Kadrlar Baş İdarəsi ləğv edilərək yerində İnsan resursları Baş İdarəsi yaradılıb. Sözügedən idarənin rəisi vəzifəsinə ədliyyə generalı Məhərrəmov Rauf Məmmədəli oğlu təyin olunub. General Rauf Məhərrəmov BDU-nin sabiq rektoru Abel Məhərrəmovun qardaşıdır.

Əldə etdiyimiz məlumata görə, general Rauf Məhərrəmov yaxın günlərdə təqaüdə göndəriləcək. (Qaynarinfo)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*