“Azərbaycanlı jurnalistlərin iştirakı ilə Qarabağda növbəti “təxribat”a cəhd edilib”.
KONKRET.az xəbər verir ki, bunu deputatı Tiqran Abramyan öz Facebook səhifəsində yazıb.
“Ermənistanı Qarabağla birləşdirən yolun Şuşaya bitişik hissəsində azərbaycanlı jurnalistlərin, əslində isə “xüsusi xidmət orqanları”nın iştirakı ilə növbəti təxribat cəhdi edilib.
Bir həftə əvvəl olduğu kimi, bu gün də azərbaycanlı jurnalistlər hadisələri işıqlandırmaq üçün yolu “bağlamağa”, Rusiya sülhməramlıları ilə “dava salmağa” çalışıblar.
Rusiya Federasiyasının sülhməramlıları azərbaycanlıların qarşısını vaxtında alıb, onları yoldan uzaqlaşdırıblar”, – deyə Abramyan çərənləyib.
KONKRET.az