“Bugünkü Putin-Ərdoğan görüşündə çox güman ki, Qarabağ ətrafındakı vəziyyət və onun nisbi həlli müzakirə ediləcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan yazıb:
“44 günlük müharibədən sonra Türkiyə özünü Qarabağla bağlı prosesə itələdi. Türkiyə mümkün qədər təsirini artırmağa çalışır ki, bu da şübhəsiz bizim maraqlarımıza ziddir.
Rusiya əsas diqqətini Ukrayna cəbhəsi istiqamətində cəmləyib. Lakin o, Cənubi Qafqazda səylərini gücləndirməlidir. Çünki əks halda hadisələr onun üçün gözlənilməz məcrada keçə bilər”.
Sevinc Paşayeva,
KONKRET.az