ABŞ Rusiya da daxil olmaqla doqquz ölkənin 40-dan çox fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Sənədə görə, həmin şəxslərə korrupsiyada iştiraka və insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq olunur.
Qara siyahıya Rusiya, Qvatemala, Qvineya, İran, Şimali Koreya, Mali, Çin, Salvador və Filippin nümayəndələri daxildir.