ABŞ Ali Məhkəməsindən Trampa DƏSTƏKbackend

ABŞ Ali Məhkəməsindən Trampa DƏSTƏK

ABŞ Ali Məhkəməsi fevralın 8-də Kolorado məhkəməsinin keçmiş prezident Donald Trampın ştatda prezident seçkilərində iştirakını qadağan edən qərarı ilə bağlı tərəflərin arqumentlərini dinləyib.

Bu barədə CNN məlumat yayıb.

İclas iştirakçılarından biri, ekspert Derek Mueller bildirib ki, hakimlər Trampın Koloradoda seçkilərdə iştirakına icazə verməyə meyllidirlər.

“The New York Times”ın jurnalistləri də qeyd ediblər ki, yekun qərarın olmamasına baxmayaraq, Tramp hələ də Koloradoda səsvermə bülletenində olacaq, çünki onlar artıq çap olunub. Bir çox liberal ekspertlər hesab edir ki, ABŞ Ali Məhkəməsi Trampı dəstəkləyəcək və Kolorado Ali Məhkəməsinin qərarını ləğv edəcək.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*