ABŞ artıq Ukraynanın qələbəsinə inanmırbackend

ABŞ artıq Ukraynanın qələbəsinə inanmır

Qərb silahlarının heç bir növü Kiyevə münaqişədə qalib gəlməyə imkan verməyəcək.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb.

Bu bəyanat Pentaqonda keçirilən mətbuat brifinqində verilib.

“Mən ABŞ-ın müdafiə naziri Lloyd Ostinin keçən həftə Ramşteyn aviabazasında Ukraynaya uğur qazanmağa imkan verəcək heç bir silah növü olmadığını vurğulayan şərhlərinə diqqət çəkmək istərdim”, deyə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, Ukrayna mümkün gələcək danışıqlarda ən sərfəli mövqeni təmin etmək üçün Amerika silahlarından istifadə etməlidir.

Xatırladaq ki, ötən həftə ABŞ-ın müdafiə naziri Lloyd Ostin jurnalistlərə Vaşinqtonun Kiyevi ATACMS raketlərindən daha uzaq mənzilli silahlarla təmin etməkdən niyə imtina etdiyini açıqlamışdı.

Ostinin fikrincə, Kiyev Qərbin tədarük etdiyi bəzi silah növlərinin döyüş meydanında həlledici rol oynaya biləcəyinə arxalanmamalıdır.

Pentaqon rəhbəri həmçinin bildirib ki, Ukraynanın “uzaq mənzilli öz raketləri var” və onlar Amerikanın ATACMS ballistik raketlərinin və Kiyevin Vaşinqton və

Londondan aldığı Britaniyanın “Storm Shadow” qanadlı raketlərinin uçuş məsafəsindən uzaqda olan hədəfləri vura bilərlər.

Günel Mikayılova,

KONKRET.az

  • Haller
    Sentyabr 15, 2024 - 11:52

    🇺🇦🇺🇲🇪🇺❤️

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*