ABŞ bizi əmin etdi ki, təyyarədaşıyan gəmilər əhalini təxliyə edəcək – Türkiyə MNbackend

ABŞ bizi əmin etdi ki, təyyarədaşıyan gəmilər əhalini təxliyə edəcək - Türkiyə MN

ABŞ Türkiyəni əmin edib ki, Aralıq dənizinin şərq sahillərinə göndərilən təyyarədaşıyan gəmilər mülki əhalinin mümkün təxliyəsi üçün oradadır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü məlumat verib.

ABŞ HƏMAS silahlılarının İsrailə qəfil hücumundan sonra Aralıq dənizinin şərqinə iki təyyarədaşıyan gəmi göndərib.

Türkiyə prezidenti Ərdoğan ABŞ-ın bu addımını tənqid edərək, bunun Qəzza zolağında “ciddi qırğına” səbəb olacağını bildirib.

O, həmçinin qeyd edib ki, təyyarədaşıyanların gəlməsi Türkiyənin bölgəyə sakitlik gətirmək səylərinə mane olur.

“Biz ABŞ-la bu məsələni danışanda, onlar bizə deyirlər ki, bu daşıyıcı qruplar bölgədəki əhalinin təxliyəsi üçün oraya göndərilib”, – Türkiyə Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*