“ABŞ bunu etsə, Ukrayna müharibədə qalib gələcək, Rusiya isə…” – YENİ SSENARİbackend

"ABŞ bunu etsə, Ukrayna müharibədə qalib gələcək, Rusiya isə..." - YENİ SSENARİ

“Ukrayna “Tomahavk” raketlərini işə sala bilməsə də, onların tədarükünə hazırlaşır”.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri yazıb.

Nəşr bildirib ki, Ukrayna ABŞ istehsalı olan “Tomahavk” qanadlı raketlərinin tədarükünə hazırlaşır, baxmayaraq ki, bu silahları müstəqil şəkildə işə salmaq imkanına malik deyil.

Mənbənin məlumatına görə, bu məhdudiyyətə baxmayaraq, raketlərin tədarükü mənasız sayılmır.

ABŞ-ın milli təhlükəsizlik üzrə ekspertləri artıq mümkün razılaşmanın detallarını və bu silahların Ukrayna tərəfindən necə istifadə edilə biləcəyini müzakirə edirlər.

Nəşr qeyd edir ki, “Tomahavk” raketləri Ukraynaya çatdırılacağı təqdirdə, bu, ilk növbədə, Rusiya üzərinə siyasi və hərbi təzyiqin mərhələli şəkildə artırılması üçün rıçaq rolunu oynaya bilər.

Ekspertlər hesab edirlər ki, bu addım ABŞ ilə Ukrayna arasında strateji əməkdaşlığın dərinləşməsinə, həmçinin Kiyevin müdafiə imkanlarının simvolik baxımdan güclənməsinə xidmət edə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*