Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na dəyişiklik edib.
Yeni qərara əsasən, pensiyaların təyin edilməsi, dayandırılması, bərpası və digər mərhələlərə dair məlumatlar artıq Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə və əldə oluna biləcək. Qərarda göstərilən məlumatların elektron qaydada təqdim edilməsi isə kağız sənədlərlə təqdimata bərabər sayılacaq.
Bəs bu dəyişiklik vətəndaşlar üçün nə kimi yeniliklər gətirəcək? Elektron Hökumət Sistemi üzərindən məlumatların təqdim edilməsi praktiki olaraq hansı üstünlüklər yaradacaq?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli news24.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik vətəndaşlar üçün mühüm rahatlıqlar yaradacaq və sistemin daha çevik, şəffaf işləməsinə şərait formalaşdıracaq:
“Artıq pensiya ilə bağlı qərarları almaq üçün vətəndaşın ayrıca quruma getməsinə ehtiyac qalmayacaq. Məlumatlar “Elektron Hökumət” üzərindən əlçatan olacaq. Bu, prosesin daha operativ aparılmasına imkan verir. Qərarlarda əks olunan əsaslar artıq elektron hökumət vasitəsilə təsdiq olunacaq və adi qaydada sənədlə təqdim edilən məlumatlara bərabər tutulacaq. Söhbət məlumat mübadiləsində elektron hökumətin rolunun artmasından gedir, bu da olduqca müsbət haldır.”
İqtisadçının sözlərinə görə, bu yanaşma pensiya qərarlarının verilməsində şəffaflığı artıracaq, insan amilindən asılılığı azaldacaq və vətəndaş üçün prosesi daha rahat edəcək:
“Faktiki olaraq bu gün vətəndaş üçün ciddi dəyişiklik yoxdur, amma elektron hökumətdən istifadə imkanları genişlənir. Elektron hökumətdən istifadə həm şəffaflığı arıtıracaq, həm də vətəndaş üçün daha komfortlu mühit yaradacaq. İstənilən yerdən – kompüter, planşet və ya telefon vasitəsilə pensiya ilə bağlı qərarlara baxmaq mümkün olacaq. Bu xüsusilə yaşlı və bölgələrdə yaşayan insanlar üçün vacibdir”.

Mənim uşağımda əlildir Mehriban Əliyevanın himayəsindəydi 2 ildirki uşağımın pensiyasın kəsiblər qarşımızda olub olmaz şərtlər qoyullar heç birin edə bilmirik imkansızlıqdan axırıncı dəfə bərpa mərkəzində dezətdirmişdum 1 il aldım sora kəsdilər indi bir çarəsiz Ama kimi sizdən xaiş edirəm kömək edin uşağın pensiyasının bərpa etdirim Atasına heçarda işləmir Anasına
Как зайти на электронное правительство…
Да, очень неприятная ситуация…
Sys (system) hər şeyi Həll edəcək. Səbrli olun. Sadəcə Edənlərin hamısı İnsanlardır.Təbiətdən uzaqdırlar.(Sys) System.
Mənim 60 yaşım var ailəliyəm ailəm 4 nəfərdən ibarətdir. Bu ilin avqust ayında (Dost) yox Düşmən mərkəzinin rəhbərliyi tərəfindən məni Azəriqaz İstehsalat Birliyinin Biləsuvar rayonun Xırmandalı kəndində nəzarətçi çilingər kimi işləyirdim. Avqust ayının 6-sında məni işdən çıxardılar dövlət tərəfindən heç bir pensiya maaş almıram. Ey Azərbaycan respublikasının boynu yoğun məmurları bəs mən 4 nəfərik ailəmi necə dolandırmalıyam?. Budurmu Haqq budurmu Ədalət??…..!!!….
Bu yeni bir şey deyil. Çünki, elektron sistemdə artıq ala-yarinciq bir proqram var, orda vətəndaş öz DSMFə köçürdüyü pulu görür. Niyə, ala yarımçıq deyirəm, çünki vətəndaşin kecmiş SSRİ dövrundə işlədiyi illəri DSMF proqrama salmayıb. Vətəndaş DOSTa mütləq gedib yoxlanmalıdır.