ABŞ Çinin texnologiya şirkətlərinə sanksiya TƏTBİQ EDƏCƏKbackend

ABŞ Çinin texnologiya şirkətlərinə sanksiya TƏTBİQ EDƏCƏK

ABŞ bu həftə 30-dan çox Çin texnoloji şirkətinə, o cümlədən ölkənin ən böyük çip istehsalçısı “YMTC”yə sanksiya tətbiq edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Co Bayden administrasiyasının bu cür addımları texnologiya sahəsində Çin-Amerika münasibətlərinin kəskinləşməsindən xəbər verir.

Xatırladaq ki, oktyabr ayında ticarət departamenti 28 Çin texnoloji şirkətinin bütün dünyada ABŞ istehsalı olan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırıb. Bundan əlavə, Ticarət Nazirliyi 31 Çin təşkilatını, o cümlədən “YMTC”ni Amerika məhsullarının yoxlanılmamış idxalçıları siyahısına daxil edib.

ABŞ-ın ticarət naziri Gin Rayamon bildirib ki, Vaşinqtonun vəzifəsi Çinin iqtisadi artımını ləngitmək deyil, onun hərbi imkanlarını inkişaf etdirmək üçün Amerika texnologiyasından istifadə etməsinə imkan verməməkdir.

Onun sözlərinə görə, məhdudiyyətlər yalnız ən son texnologiyalara aiddir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*