ABŞ COVID-19-un mənşəyi ilə bağlı məlumatların məxfiliyini LƏĞV EDİRbackend

ABŞ COVID-19-un mənşəyi ilə bağlı məlumatların məxfiliyini LƏĞV EDİR

ABŞ Prezidenti Co Bayden COVID-19-un mənşəyi ilə bağlı məlumatların məxfiliyinin götürülməsi haqqında qanun imzalayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.

Bildirilib ki, Bayden mümkün qədər çox məlumatın məxfiliyini ləğv edəcəyinə söz verib, lakin konstitusiya səlahiyyətinə uyğun olaraq milli təhlükəsizliyə zərər verə biləcək məlumatlar açıqlanmayacaq.

“Administrasiyam Uhan Virusologiya İnstitutu ilə potensial əlaqələr də daxil olmaqla, COVID-19 ilə bağlı bütün məxfi məlumatları nəzərdən keçirməyə davam edəcək”, – deyə Bayden açıqlamasında bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*