ABŞ-da atışma nəticəsində 4 nəfər öldü – Xəsarət alan varbackend

ABŞ-da atışma nəticəsində 4 nəfər öldü - Xəsarət alan var

ABŞ-ın Los-Anceles şəhərinin mərkəzindən cənub-şərqdə yerləşən İnqlvud şəhərində bir evdə ziyafət zamanı baş verən atışma nəticəsində 4 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, insident yerli vaxtla saat 1:30 (Bakı vaxtı ilə 13:30-red) radələrində baş verib. Şəhərin meri Ceyms Butts hücumda bir neçə nəfərin tüfəng və tapança da daxil olmaqla müxtəlif növ silahlardan atəş açdığını bildirib.

“Bunlar cəmiyyətdən təcrid edilməli olan qatillərdir. Təslim olun. Sizi tapacağıq və mühakimə edəcəyik”, – o deyib.

Polis hücumun mümkün səbəbini hələ açıqlamayıb. Bununla belə, telekanalın məlumatına görə, sağ qalan kişi başqa şəhərdə küçə bandasının üzvü olduğunu etiraf edib. Müstəntiqlər atışmanın bununla bağlı olub-olmadığını müəyyən etməyə çalışırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*