ABŞ-da Bakıya qarşı təxribatçı “düzəliş”backend

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş"

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub.

KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi (ANCA) məlumat yayıb.

Söhbət ermənipərəst konqresmen Qabe Amonun rəhbərlik etdiyi və ANCA-nın dəstəyi ilə qəbul olunmuş “Dövlət Departamentinin mandatına düzəliş”dən gedir.

Təxribatçı layihə Bakıda həbsdə olan erməniəsilli hərbi cinayətkarların sərbəst buraxılmasını, Azərbaycanın Qarabağ iqtisadi rayonundan könüllü getmiş ermənilərin qaytarılmasını və burada “erməni mədəni obyektlərinin qorunması”nı nəzərdə tutur.

ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman da bundan əvvəl ABŞ Beynəlxalq Maliyyə Korporasiyasının (IDFC) Türkiyə və Azərbaycana yardıma mane olmağı nəzərdə tutan düzəliş təqdim etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*