ABŞ-da dəmiryol işçiləri kütləvi TƏTİLƏ HAZIRLAŞIRbackend

ABŞ-da dəmiryol işçiləri kütləvi TƏTİLƏ HAZIRLAŞIR

ABŞ-da 12 dəmiryol həmkarlar ittifaqı dekabrın 4-də ümummilli tətilə başlaya bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb:

“Yalnız bir həmkarlar ittifaqı tətil etsə, qalan 11-i piketi dəstəkləyəcək və ölkənin yük daşımalarının təqribən 30%-i bağlanacaq. Bu, ölkənin tədarük zəncirində və iqtisadiyyatında geniş miqyasda pozulmalara səbəb olacaq”.

Məlumata görə, üç həmkarlar ittifaqı artıq korporasiyalarla razılaşmadan imtina edib və tətilə hazırlaşır. Ümumilikdə bu sektorda həmkarlar ittifaqı təşkilatlarında 100 minə qədər insan iştirak edir.

Qeyd edək ki, həmkarlar ittifaqları beş il ərzində iş şəraitinin və maaşların 25% artırılmasını tələb edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*