ABŞ-da federal agentlər aksiyanı dağıtdıbackend

ABŞ-da federal agentlər aksiyanı dağıtdı

Artıq iki aya yaxındır etirazların səngimədiyi ABŞ-ın Portlənd şəhərində federal hüquq-mühafizə orqanlarının əməkdaşları kütləvi etiraz aksiyasını dağıtmağa müvəffəq olub.

KONKRET.az xəbər verir ki, etirazçıları şəhər mərkəzindən çıxarmağa başlayan polis demək olar ki, müqavimətə rast gəlməyib. Aksiyanı dağıtmaq üçün yenidən gözyaşardıcı qazdan istifadə olunub. Nəticədə kütlə məhkəmə binası qarşısındakı meydanı tərk edib. Gözyaşardıcı qazdan təsirlənən bəzi nümayişçilərə tibbi yardım göstərilib.

Bir qədər əvvəl ABŞ məhkəməsi Oreqon ştatı Baş prokurorunun federal hüquq-mühafizə orqanları tərəfindən Portlend şəhərində keçirilən etiraz aksiyaları zamanı həbslərin keçirilməsinə müvəqqəti qadağa qoymaq təklifini rədd edib.

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsi ilə bağlı insidentdən sonra əvvəlcə Minnesota, sonra isə Portlənd də daxil olmaqla, ABŞ-ın digər şəhərlərini etiraz dalğası bürüyüb. Aksiyalar çox vaxt toqquşmalarla müşayiət olunub. Asayişin bərpası üçün yetərli tədbirlər görməyən ştat və bələdiyyə hakimiyyətindən narazı qalan ABŞ Prezidenti Donald Trampın göstərişi ilə bəzi şəhərlərə hərbçilər və federal polis əməkdaşları yeridilib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*