ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldıbackend

ABŞ-da Kapitolinin binasına daxil olmaq istəyən silahlı şəxs saxlanıldı

ABŞ polisi Vaşinqtonun mərkəzində nəzarət-buraxılış məntəqəsindən saxta icazə sənədi ilə Kapitoliyə daxil olmaq istəyən şəxsi saxlayıb.

Bu barədə KONKRET.az CNN-ə istinadən xəbər verir.

Məlumata görə, saxlanılan şəxsin üzərində tapança və döyüş sursatları aşkarlanıb. Qeyd edilir ki, söhbət Virciniya sakini Uesli Alan Bilerdən gedir. O, qapalı məkana daxil olmağa cəhd göstərib. Saxlanılan şəxsdə 500 patron aşkarlanıb.

Ona qarşı qeydiyyatsız silah saxlama maddəsi üzrə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*