ABŞ-da məktəbdə atışma baş verdi – Ölən və xəsarət alan varbackend

ABŞ-da məktəbdə atışma baş verdi - Ölən və xəsarət alan var

ABŞ-ın Tennesi ştatının Humboldt şəhərində orta məktəbdə atışma baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə WPSD telekanalı məlumat yayıb.

Atışmada bir nəfərin öldüyü, daha birinin xəsarət aldığı deyilir.

Hadisə basketbol turnirinin keçirilməli olduğu məktəbin idman zalının qarşısındakı dəhlizdə qeydə alınıb.

Polisin məlumatına görə, şübhəli şəxs saxlanılıb, lakin ona qarşı hələlik heç bir ittiham irəli sürülməyib.

Bir gün əvvəl Miçiqan ştatının Oksford şəhərində 15 yaşlı şagird məktəbdə atəş açaraq üç həmyaşıdını öldürüb, biri müəllim də daxil olmaqla daha 8 nəfəri yaralayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*