ABŞ-da qəzada ölən azərbaycanlının nəşi Bakıya GƏTİRİLDİbackend

ABŞ-da qəzada ölən azərbaycanlının nəşi Bakıya GƏTİRİLDİ

ABŞ-ın Cənubi Karolina ştatında ağır avtomobil qəzası nəticəsində vəfat edən Azərbaycan vətəndaşı Aydın Adil oğlu Məmmədovun nəşi vətənə gətirilib.

KONKRET.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi noyabrın 9-da baş verib.

Amerika-Azərbaycan Dostluq Təşkilatının sədri Adika İqbal bildirib ki, A.Məmmədovun cənazəsinin dəfn olunması üçün Bakıya göndərilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə mümkün olub.

“Mərhumun valideynlərinin hadisədən xəbəri olmadığından, bu barədə məlumatı sosial şəbəkədə paylaşmadıq. Onun ABŞ-da yaşamayan valideynlərinin və yaxınlarının maddi imkanlarının məhdud olması səbəbindən Diasporla İş üzrə Dövlət Komitəsi öz dəstəyini əsirgəmədi. Bu məsələdə göstərdikləri həssas münasibətə və köməyə görə dövlət komitəsinə, səfirliyə və soydaşlarımıza minnətdarlığımı bildirirəm”, – diaspor təşkilatının sədri deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*