ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu: yaralılar varbackend

ABŞ-da şənlik iştirakçıları atəşə tutuldu: yaralılar var

Birləşmiş Ştatların Kaliforniya ştatının Uittier şəhərində keçirilən Hallouin şənliyi zamanı baş verən atışma nəticəsində azı 3 nəfər yaralanıb.

KONKRET.az “Associated Press”ə istinadən xəbər verir ki, faktı Los-Anceles dairə polisi təsdiqləyib.

Polisin məlumatına görə, gecədə əvvəl dava düşüb, sonra isə naməlum şəxs tapançanı çıxarıb hadisənin baş verdiyi evin yaxınlığında dayanan izdihamı atəşə tutub.

Yaralılar 15-19 yaş aralığındadır. Onların hər üçü xəstəxanaya yerləşdiriliblər. Vəziyyətləri ağır-stabil qiymətləndirilir.

“Los Angeles Times” nəşrinin yazdığına görə, şübhəli hadisə yerindən qaçıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*