ABŞ-da sorğu: Tramp Baydeni xeyli üstələyirbackend

ABŞ-da sorğu: Tramp Baydeni üstələyir

Xalq arasında populyarlığına görə ABŞ-ın sabiq prezidenti Donald Tramp indiki prezident Cozef Baydeni əhəmiyyətli dərəcədə üstələyir.

KONKRET.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin Harris Analitik Mərkəzi ilə birgə hər ay keçirdiyi sorğunun “Hill” nəşrində dərc edilən nəticələri göstərib. Məlumatı “ont.by” nəşri yayıb.

Sorğunun nəticələrinə görə, əgər prezident seçkiləri bu gün keçirilsəydi, Tramp 47 faiz, Bayden isə cəmi 40 faiz səs toplaya bilərdi.

Respondentlərin 13 faizi kimə səs verəcəklərini bilmədiklərini söyləyib.

ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli ilə elektoral qarşıdurmada Bayden irəlidədir, ona respondentlərin 40 faizi, Nikkiyə isə cəmi 38 faizi səs verərdi.

Əgər Baydenlə Florida ştatının hazırki qubernatoru, seçkiöncəki yarışmada iştirak etmək niyyətində olan mühafizəkar Ron Desantis arasında seçim edilsəydi, hər iki namizədə respondentlərin 42 faizi səs verərdi.

Sorğuda Amerika cəmiyyətinin müxtəlif təbəqələrini təmsil edən 2 min nəfər iştirak edib.

Sorğunun nəticələrinə görə, son zamanlar Bayden başda olmaqla demokratlar həm onların iqtisadi və təsərrüfat siyasəti, həm də nəyin bahasına olursa olsun, Donald Trampı ona qarşı bir-birinin ardınca saxta cinayət işləri açaraq və açıq şəkildə sübuta yetirilməyən hökmlər çıxararaq hakimiyyətə buraxmamaq cəhdlərinə görə o qədər  populyar deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*