ABŞ Müdafiə Nazirliyi Livan ordusunun imkanlarını gücləndirmək məqsədilə 14,2 milyon dollar maliyyə ayırıb. Məqsəd silahlı qruplaşmaların, o cümlədən İranın dəstəklədiyi “Hizbullah”ın silah anbarları və infrastrukturunun ləğv edilməsidir.
KONKRET.az xəbər verir ki, bu proqram Livan prezidenti Jozef Aun tərəfindən irəli sürülmüş və ABŞ tərəfindən dəstəklənmiş qeyri-qanuni silahlı dəstələrin tərksilahı planının tərkib hissəsidir. Avqustda başlayan ilk mərhələ qaçqın düşərgələrindəki fələstinli fraksiyaları əhatə edib və qismən silahsızlaşdırmaya nail olunub. Növbəti addım isə “Hizbullah”ın məcburi şəkildə silahı təhvil verməsi olacaq. Hərəkat bu addıma ciddi şəkildə qarşı çıxır.
Məlumata görə, ABŞ 2006-cı ildən bəri Livan ordusunun gücləndirilməsi üçün 3 milyard dollardan çox vəsait ayırıb. Vaşinqton ordunu “Hizbullah”a qarşı balans və ölkədə sabitliyin əsas dayağı hesab edir.
Müşviq Tofiqoğlu,
KONKRET.az