ABŞ-dan Kobaxidzeyə xəbərdarlıq: Münasibətlərə yenidən baxılacaqbackend

ABŞ-dan Kobaxidzeyə xəbərdarlıq: Münasibətlərə yenidən baxılacaq

ABŞ Konqresinin Nümayəndələr Palatasının hər iki partiyadan olan bir qrup üzvü Vaşinqtonun Tiflis ilə bağlı siyasətinə yenidən baxılması, Gürcüstanda xarici agentlər haqqında qanunun qəbulu halında bu ölkəyə qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətirməyə hazırdır.

KONKRET.az xəbər verir ki, bu xəbərdarlıq ABŞ Konqresinin 29 üzvünün Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə ünvanladığı məktubda əksini tapıb.

Onlar hesab edirlər ki, bu qanun layihəsi “Qərbdə gələcək istəyən gürcü xalqının iradəsinə” qarşı yönəlib. Məktubda deyilir: “Biz bu qanun layihəsinin Amerika qanununa əsaslandığına dair iddiaları rədd edirik”. Konqresmenlər hesab edirlər ki, sənəd Rusiyada əvvəllər qəbul edilmiş tədbirlərə oxşar tədbirləri nəzərdə tutur: “Bundan əlavə, bu zərərli qanun layihəsi geri götürülməsə, biz Senatdakı həmkarlarımıza qoşularaq, ABŞ-ın Gürcüstana qarşı siyasətində əsaslı dəyişiklik edilməsinə, o cümlədən ABŞ-ın maliyyə yardımına yenidən baxılması, Birləşmiş Ştatlara viza qadağalarının genişləndirilməsi və Gürcüstanın demokratik inkişafına xələl gətirməkdə məsuliyyət daşıyanlara qarşı maliyyə sanksiyaları tətbiq olunmasına nail olacağıq”.

Məktubu imzalayan qanunvericilər arasında ABŞ Konqresinin aşağı palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol (Respublikaçı, Texasdan) və oradakı yüksək səviyyəli demokrat Qreqori Miks (Nyu-Yorkdan) var: “Bizim narahatlığımız ancaq hökumətinizin qanun layihəsinin yenidən gündəmə gətirilməsinə qarşı dinc etirazlara reaksiyası fonunda artıb. Biz onlarla etirazçının, o cümlədən ABŞ vətəndaşlarının küçələrdən oğurlanaraq döyülməsi barədə məlumatlardan xəbərdarıq”. Musavat.com

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*