ABŞ-dan Rusiya qazına görə Avropa ölkələrinə XƏBƏRDARLIQbackend

ABŞ-dan Rusiya qazına görə Avropa ölkələrinə XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamenti “Şimal axını-2” layihəsinə dəstəyə görə tətbiq edələn mövcud sanksiyalar paketinin genişləndirilməsi barədə Avropa şirkətlərinə xəbərdarlıq edib.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Reuters”-ə məlumat verən qurum rəsmisi bildirib ki, ABŞ bəzi şirkətləri mövcud risklər barədə məlumatlandırmağa çalışır. Nə qədər ki, gec deyil, bu şirkətlər sözügedən layihə ilə bağlı öz mövqeyini dəyişməlidir.

Xatırladaq ki, Dövlət Departamenti sonuncu dəfə ötən ilin oktyabr ayında “Şimal axını-2” üzrə sanksiyalar paketini genişləndirib. Qurumdan bildirilib ki, bu proses layihənin tam dayandırılmasınadək davam edəcək.

Rusiya rəsmilərinin sözlərinə görə, layihə üzrə işlər artıq 93% tamamlanıb və yaxın gələcəkdə Avropa ölkələrinin dəstəyilə sona çatdırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*