ABŞ-də məhbus güllələnərək edam ediləcək – 15 ildə ilk dəfəbackend

ABŞ-də məhbus güllələnərək edam ediləcək - 15 ildə ilk dəfə

ABŞ-nin Cənubi Karolina ştatında 15 ildə ilk dəfə bir məhbus güllələnərək edam ediləcək.

KONKRET.az xəbər verir ki, edamın icrası martın 7-nə planlaşdırılır.

Məlumata görə, 67 yaşlı Bred Siqmon elektrikli stul və yaxud inyeksiya ilə edam əvəzinə, özü bu metodu seçib.

Ümumilikdə 1967-ci ildən bu yana ABŞ-də bu üsulla 3 nəfər edam edilib.

Qeyd edək ki, Siqmon 2001-ci ildə beysbol çubuğu ilə sevgilisinin valideynlərini ölümcül döyüb. Daha sonra sevgilisini qaçırsa da, qadın qaçaraq xilas ola bilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*