Metro və avtobuslarda gediş haqqının 60 qəpiyə qaldırılması digər sahələrdə də bahalaşma gözləntisini artırıb. Əhali xüsusilə kommunal xidmətlərin qiymətlərində dəyişiklik olub-olmayacağı ilə bağlı narahatlıq keçirir. Maraqlıdır, son gediş haqqı artımından sonra kommunal xidmətlərin bahalaşması gözlənilirmi?
Mövzuyla bağlı iqtisadçı ekspert Fuad İbrahimov KONKRET.az-a açıqlamasında bildirib ki, prosesləri yalnız ehtimal üzərindən qiymətləndirmək mümkündür:
“Burada ehtimal nəzəriyyəsi ilə getmək olmaz. Məsələnin həlli Tarif Şurasının qərarından asılıdır. Bu gün Tarif Şurası qərar qəbul etsə, bahalaşma ola da, olmaya da bilər. Amma gedən tendensiyalar onu göstərir ki, qiymət artımı baş verəcək. Hər hansı tədqiqatla bunu əvvəlcədən müəyyən etmək mümkün deyil, çünki bütün qərarlar qəfil verilir”.
Ekspert bildirib ki, Tarif Şurasının qərarları çox qapalı şəkildə hazırlandığı üçün əvvəlcədən dəqiq proqnoz vermək mümkün deyil:
“Tarif Şurasında qərarlar son dəqiqədə müəyyən olunur. Buna görə də yalnız gözləmək qalır”.
Qeyd edək ki, gediş haqqının artırılması fonunda kommunal xidmətlərdə bahalaşma ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Aynurə İsmayıl
KONKRET.az


Camahatı yıxıb sürümüsüze az qaldırındabu qiymətləri ancaq özünüzü fikirləşirsize bir qraqdakının halına yanan yoxdu.ki evinə 2 manat gəlir girməyən necə ödəsin bu bahalaşan qiymətləri
Allah bunların gözün doyursun nəvaxt görəsən Ölkə Başçısı bu Əhali üçün bir xeyirli ürək açan xəbər deyəcək and olsun Allaha hər bir şey Marketlərdə bazarlarda od tutub yanır Allahınız olsun kirayələrdə sürünürük qiymətləri salın aşağı.
Manşetle yaziniz ust uste dusmur. Sari pressa olmaginizi bir daha gosterdiniz.
Məncə bahalaşmaya gərək yoxdur, bu bahalaşma haraya qədər gedib çıxır. Əgər ged haqqı və komunalın qiymətini qaldıracaqlarsa, o zaman işçilərin, tələbələrin, pensiya alanların – hamısının gəlirini artırsınlar. Azərbaycanda müasirliyə əhəmiyyət verilən qədər insanların yaşam tərzlərinə də əhəmiyyət verilməlidir: nə qədər kasıbdırlar deyə)
havayı söhbətdi
Bir tikə doyurdar ac bağırsağı , ac gözü doyurdmaz dünyanın malı.( Mirzə Ə.S.)…..
Bir tikə doyurdar ac bağırsağı ac gözü doyurdmaz dünyanın malı.(Mirzə .Ə.S.)
ALLAH GEC EDİR GUC EDİR BAXIN HA SONRA GEC OLACAQ BU MİLLƏTƏ NİYƏ ZULM EDİRSİZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ OLMAZ
Tarif surasinin Allah belasin versin dunen qaldirdizda metronu avtobusu her ay qiymet artar kasib camaat ne elesin hee Allah belanizi versin
Günah caamatın özündədir,tək bir gün heç kim metro marşurut istifadə etməsin,görün necə zəlil olullar bu nazirlik məmurlar,amma ki bu millətdə o ürək yoxdu,zillət içində yaşamağı biz özümüz seçmişik