TƏCİLİ: Bu şəxslər yığılan pensiyasını istədiyi vaxt ala biləcəkbackend

TƏCİLİ: Bu şəxslər yığılan pensiyasını istədiyi vaxt ala biləcək

Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirələr fonunda ən çox müzakirə edilən mövzulardan biri də “belə fondlar fəaliyyətə başlasa, vətəndaşlar istənilən vaxt pensiyaya çıxa biləcəkmi?” sualı ilə bağlıdır. Maraqlıdır, cəmiyyətdə “özəl pensiya fondları olacaqsa, istənilən vaxt təqaüdə çıxmaq mümkünləşə bilərmi?

Mövzu ilə bağlı iqtisadçı-ekspert Eldəniz Əmirov KONKRET.az-a açıqlamasında bildirib ki, özəl pensiya fondlarının fəaliyyət mexanizmi tam olaraq imzalanan müqavilə şərtlərinə əsaslanır.

Ekspertin sözlərinə görə, belə fondlarda vətəndaşla fond arasında elə razılaşma və sənədləşmə ola bilər ki, şəxs istədiyi vaxt pensiya ödənişini almağa başlasın:

“Özəl pensiya fondu mahiyyət etibarı ilə bağlanmış müqavilədən və onun şərtlərindən asılıdır. Əlbəttə ki, özəl pensiya fondlarının şərtləri elə ola bilər ki, insan istənilən vaxt pensiyaya çıxar. Amma bu, hazırda gördüyümüz dövlət pensiya fondu deyil. Bu tamam fərqli bir mexanizmdir və bunu nəzərə almaq lazımdır,” – deyə Əmirov qeyd edib.

Qeyd edək ki, hazırkı dövlət pensiya sistemi qanunvericiliklə tənzimlənir və pensiyaya çıxma yaşında dəyişiklik yalnız normativ hüquqi aktlarla mümkündür. Özəl pensiya fondları isə fərdi müqavilə əsasında işləyəcəyindən şərtlər daha elastik ola bilər.

Aynurə İsmayıl
KONKRET.az

  • Cavid
    Dekabr 6, 2025 - 09:54

    Salam mənim icrada kreditlərim var
    və mənin maşşımı tutulur ola bilər ki
    mənim fonduma yığılan sosial pulumu
    bütün bank borcumu bağlasın bu mənim üçün daha yaxşı dır

  • Mehman
    Dekabr 6, 2025 - 20:26

    Salam indi hamının bir problemi var götürülən kreditlerden necə can qurtarmaq olar aldığımız məvacib hal hazırki kredleri ödəməyə çatmır yaxşı olar pensiya kapitalında belə çətin vəziyyətdə isdifade edə biləsən yaxşı olar

  • Ağalar
    Dekabr 10, 2025 - 17:15

    Salam mənim banklara borcum var ola bilərmi ki mən pensiya kapitalına yığılan pulumu kredit ödənişlərinə sərf edim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*