ABŞ-də məktəbdə atışma nəticəsində 6 nəfər öldübackend

ABŞ-də məktəbdə atışma nəticəsində 6 nəfər öldü

ABŞ-nin Tennessi ştatının Neşvile şəhərində özəl xristian məktəbinə silahlı hücum nəticəsində üçü uşaq olmaqla altı nəfər həlak olub.

KONKRET.az xəbər verir ki, bu haqda Neşvil şəhərinin Polis Departamentinin tviter hesabında məlumat paylaşılıb.

Əlində 2 uzun lüləli silah və bir tapança olan təcavüzkarın hadisə yerində öldürüldüyü bildirilib.

Ağ Evdən verilən açıqlamada, Prezident Co Baydenin Naşvildəki hücumla bağlı məlumatlandırıldığı qeyd edilib.

Hücumla bağlı araşdırmalar davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*