ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki kampaniyasında təşkil edilən konsertlərindən sonra 20 milyon dollar borc yaranıb.
KONKRET.az “New York Post”a istinadən xəbər verir ki, konsertləri təşkil edən şirkətə dəyən ziyana görə işçilər bir müddət əmək haqqı ala bilməyəcək. Məlumatda bildirilir ki, seçkidən bir gün əvvəl Harrisi dəstəkləmək üçün yeddi ştatda konsertlər təşkil olunub. Tədbirə dəvət edilən ifaçılar arasında Jon Bon Covi, Christina Aguilera, Katy Perry, Ledy Gaga da yer alıb. Bu sənətçilərə milyonlorla dollar ödənilib. Hətta bəzi ifaçılara daha çox para verilib. Harrisin seçki qərargahından bildirilib ki, konsertlər üçün ayrılan pullar havaya sovrulub, çünki o vaxt milyonlarla seçici artıq erkən səs vermişdi.
Vəli Həsənoğlu,
KONKRET.az