ABŞ Dövlət katibi Lavrovla telefonla DANIŞDIbackend

ABŞ Dövlət katibi Lavrovla telefonla DANIŞDI

ABŞ Dövlət Katibi Entoni Blinkenlə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə E. Blinken məlumat verib.

O, bildirib ki, söhbət zamanı qarşı tərəfi Rusiyada saxlanılmış iki amerikalı – Paul Uilan və Britani Qrinerin azad edilməsinə çağırıb. Dövlət katibi Blinken S.Lavrovun cavabının detallarını açıqlamayıb.

Qeyd edək ki, Blinken daha əvvəl saxlanılmış amerkalıların azad edilməsi üçün Rusiyaya vacib təklif çağırışı edib.

Sözügedən təklif ABŞ-da həbsdə olan rusiyalı silah taciri Viktor Bout ilə saxlanılmış amerikalıların dəyişdirilməsi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*