ABŞ dövlət katibi: “Rusiya hakimiyyəti sülh danışıqlarında maraqlı deyil”backend

ABŞ dövlət katibi: “Rusiya hakimiyyəti sülh danışıqlarında maraqlı deyil”

“ABŞ hesab edir ki, Rusiya hakimiyyəti Ukraynaya qarşı müharibəyə son qoymaq üçün sülh danışıqlarında maraqlı deyil”.

Bu barədə KONKRET.az ABŞ dövlət katibi Entoni Blinkenin “CBS News” telekanalına müsahibəsində verdiyi açıqlamaya istinadən xəbər verir.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin sülh formulu şəklində təşəbbüs göstərməsinə baxmayaraq, Kremlin rəhbəri Vladimir Putin aqressiyasını iki və üç dəfə artırıb, səfərbərliyə başladı, Ukrayna ərazilərini ilhaq etməyə çalışdı və indi qışı öz silahına çevirmək istəyir.

“Döyüş meydanında qalib gələ bilmədi, ona görə də qəzəbini və atəşini Ukrayna vətəndaşlarına yönəldib, enerji infrastrukturuna hücum etdi, işığı və istiliyi söndürməyə çalışdı. Baş verən budur. Beləliklə, Putin həqiqətən mənalı diplomatiya ilə maraqlandığını nümayiş etdirməyincə, çətin ki, nəsə nəticələnsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*