“ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq” – Deputatbackend

“ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq” - Deputat

“ABŞ-ın son illərdə sərgilədiyi Şərq siyasəti bu bölgədəki xalqlara bədbəxtlikdən, səfalət, daxili çəkişmələr və müharibələrdən başqa bir şey verməyib”.

KONKRET.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, “Böyük Quruluş” Partiyasının sədri Fazil Mustafa bildirib.

“Ermənistandakı ABŞ səfiri Linn Treysinin açıqlamaları da bu ölkənin xalqını uçuruma sürükləməyə xidmət edəcək. Məlum məsələdir ki, ABŞ həmsədr kimi ATƏT-in Minsk Qrupundakı fəaliyyətini yarıda bilmədi, 44 günlük müharibədən sonra isə regiondakı proseslərə qayıtmaq istəyir. Ona görə də, səfirin dili ilə tez-tez Minsk qrupu formatına qayıtmağa çağırışlar, status məsələsi gündəmə gətirilir. Lakin düşünmürəm ki, ABŞ-ın Eermənistan xalqına canı yanır, ya da Qarabağda separatçı rejimi dəstəkləmək kimi niyyəti var. Amerika diplomatiyası həmişəki kimi oyun oynayır”,- deyə deputat bildirib.

Onun sözlərinə görə, Vaşinqtonda yaxşı başa düşürlər ki, Azərbaycana qarşı sərt təzyiqlər həm Türkiyənin, həm də İsrailin etirazlarına səbəb olacaq.

“Azərbaycan həm ABŞ, həm də Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Dövlətimiz müstəqil və balanslı siyasət yürüdür,  bu da kimlərinsə xoşuna gəlmir. Lakin biz kimlərinsə xoşuna gəlmək üçün Ermənistan kimi suverenliyimizi əldən verə bilmərik”, – deyə partiya sədri vurğulayıb.

O qeyd edib ki, Əfqanıstanda baş verənlər bir çox xalqlar üçün dərs olmalıdır.

“ABŞ illərlə Əfqanıstanı işğalda saxladı, guya orada demokratik quruluş yaradacaqdı. Axırda nə oldu? Qısa zaman ərzində “Taliban” qruplaşması Kabili ələ keçirdi, Amerikanın dəstəklədiyi rejim də, ordu da məğlub oldu. İndi məlum olur ki, bu illər ərzində Əfqanıstanda nə sağlam dövlət quruculuğu işləri aparılıb, nə də döyüşməyə qadir ordu yaradılıb. İndi ABŞ-ın siyasi dairələri Ermənistan lobbisinin xoşuna gəlmək üçün hansısa açıqlamalar, bəyanatlar verirlər, Azərbaycana qarşı revanşizmə həvəsləndirirlər. Lakin Ermənistan xalqı bilməlidir ki, ABŞ onları Əfqanıstanın gününə salacaq”,- eyə deputat əlavə edib.

Bizimyol.info xatırladır ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi son aylarda davamlı olaraq bir neçə dəfə “Qarabağın status həll olunmamış qalır” deyərək, Azərbaycanı Minsk qrupu formatında danışıqlara qayıtmağa və status məsələsini müzakirə etməyə çağırıb./Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*