backend

ABŞ Ermənistanla effektiv tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır

Baş nazir Nikol Paşinyan ABŞ-ın ölkədəki səfiri Linn Treysini qəbul edib – səfiri görüş zamanı ABŞ Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr İdarəsinin direktoru Şeril Fernandes, USAİD-in Ermənistandakı Missiya direktoru Debora Qrizer, ABŞ-ın Ermənistandakı vitse-səfiri Kristofer V.Smit və səfirliyin siyasi-iqtisadi şöbəsinin direktoru Rayan Kempbell müşayiət ediblər.

KONKRET.az xəbər verir ki, qonaqları salamlayan Baş Nazir ABŞ Nümayəndələr Palatası tərəfindən “erməni soyqırımı”nın tanınması ilə bağlı müvafiq qətnamənin qəbul edilməsinə görə minnətdarlığını bildirib və qətnamənin tarixi ədalətin bərpasında güclü bir addım olduğunu və bütün erməni xalqı və “soyqırım”dan qaçmış ermənilərin varisləri üçün vacib olduğunu qeyd edib. Ermənistan və ABŞ arasındakı tərəfdaşlığa toxunan Nikol Pashinyan qeyd edib ki, Ermənistan hökumətinin demokratik islahatlar üçün iddialı planı var, onu həyata keçirmək niyyətindədir və beynəlxalq tərəfdaşların, o cümlədən ABŞ-ın dəstəyi bu planın uğurla həyata keçirilməsinə daha da təkan olacaq.

Linn Treysi görüş üçün təşəkkür edib və Ermənistanla səmərəli tərəfdaşlığı daha da inkişaf etdirmək məsələsində də ABŞ-ın maraqlı olduğunu söyləyib. Səfir Treysi Ermənistan-ABŞ əməkdaşlıq proqramları çərçivəsində 2019-cu ildə Amerika yardımının keçən ilə nisbətən 40 faiz artdığını bildirib və bunun Ermənistanın demokratik-iqtisadi inkişafı üçün istifadə imkanlarının müzakirəsini təklif edib. Şeril Fernandes öz növbəsində qeyd edib ki, “ABŞ hökuməti Ermənistanın demokratik və iqtisadi islahatlarını, antikorrupsiya gündəliyini və regional təhlükəsizlik səylərini dəstəkləyir. Ermənistanla münasibətlərimizi qürurla bir daha təsdiqləyirik və bu vacib məsələlər üzrə strateji məsləhətləşmələrimizi davam etdirəcəyik”.

Görüşdə gündəmdə olan məsələlər və Ermənistan-ABŞ tərəfdaşlığının inkişafı müzakirə edilib. Məhkəmə-hüquq, antikorrupsiya, iqtisadi və qanunvericilik islahatları prosesində əməkdaşlıq imkanlarına toxunulub. İqtisadi inkişafa yönəlmiş təşəbbüslər çərçivəsində turizm, enerji, aqrobiznes və kiçik və orta sahibkarlığın stimullaşdırılması sahələrində mövcud proqramlar barədə fikir mübadiləsi aparılıb, gələcək işlərlə bağlı məsələlər müzakirə olunub, gənclərin vətəndaşlıq fəallığını stimullaşdıran təşəbbüslərin zəruriliyi müzakirə edilib.

ABŞ-ın Ermənistandakı səfiri Baş Nazirin aparatı və hökumət idarələri ilə birgə işdən məmnunluğunu dilə gətirib və Birləşmiş Ştatların Ermənistan Respublikası hökumətinin prioritetlərinin təbliğinə davam etməyə hazır olduğunu təsdiqləyib.

Baş Nazir Paşinyan bir daha islahatlar, iqtisadi tərəqqi və Ermənistanda demokratik təsisatların inkişafı kontekstində ABŞ ilə tərəfdaşlıq və təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*