Bu həftə Amerika və Ermənistan hərbçiləri “Qartal Tərəfdaş 2024” proqramı çərçivəsində iğtişaşlara qarşı mübarizə və silah təlimləri keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ-ın X Avropa Komandanlığının təlimlərdən fotoları dərc edən mikrobloqunda deyilir.
“Bu məşq yüksək intensivlikli birgə mühitdə əməkdaşlıq etmək və fəaliyyət göstərmək bacarığını nümayiş etdirir, hazırlığı, cavabdehliyi və qarşılıqlı fəaliyyət qabiliyyətini artırır”, – deyə departamentin bəyanatında qeyd olunur.
Xatırladaq ki, iyulun 15-də Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasında “Qartal partnyoru 2024” adlı erməni-amerikan birgə təlimlərinin başlanması elan olunub. (Yenisabah)