ABŞ Fələstinə 40 milyon ayırdıbackend

ABŞ Fələstinə 40 milyon ayırdı

ABŞ administrasiyası Fələstinə 40 milyon dollar məbləğində yeni qrant ayırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Maan” agentliyi məlumat yayıb.

Bu maliyyə vəsaiti Fələstin administrasiyasının hüquq-mühafizə orqanları və hüquq sistemi üçün nəzərdə tutulub.

Məlumata görə, son üç həftə ərzində Ağ Ev Fələstin hökumətinə üç dəfə 10 milyon ABŞ dolları köçürüb. Bu isə ABŞ-ın keçmiş prezidenti Donald Trampın Fələstin üzrə siyasətinin kökündən dəyişməsidir. Onda Donald Tramp Fələstinə yardımları dayandırmışdı. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*