ABŞ Fələstinin BMT-yə üzvlüyünün əleyhinə səs verəcəkbackend

ABŞ Fələstinin BMT-yə üzvlüyünün əleyhinə səs verəcək

“ABŞ BMT Təhlükəsizlik Şurasının Fələstinin təşkilatın tamhüquqlu üzvlüyünə qəbulu ilə bağlı qətnamə layihəsinə qarşı çıxacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

Bununla belə, Patel ABŞ-nin Fələstin-İsrail münaqişəsinin iki dövlətli həllinə sadiq olduğunu təsdiqləyib.

“BMT-yə üzv olmaq Fələstinin dövlətçilik əldə etməsinə yardımçı olmayacaq”, – Departament rəsmisi bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*