ABŞ gizli danışıqlara başlayıbbackend

ABŞ gizli danışıqlara başlayıb

ABŞ bir neçə ərəb ölkəsi ilə birlikdə İranla atəşkəs və Yaxın Şərqdə sülhün bərpası üçün gizli danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, İsrail danışıqlarda tərəf deyil, lakin onlar gedişat barədə məlumatlandırılır.

Bildirilir ki, təşəbbüs tərəflərin bütün cəbhələrdə eyni vaxtda barışıq əldə etməsini nəzərdə tutur.

Vurğulanır ki, rəsmi Təl-əviv məsələ ilə bağlı mövqeyini ABŞ tərəfinə çatdırmayıb. Mənbənin yazdığına görə, İsrail tərəfi hazırda güclü mövqedə olduğundan sülhün onların şərtləri əsasında əldə edilməsinin tərəfdarıdır.

Həmçinin “Hizbullah”ın müəyyən edilmiş ərazilərdə hərbi infrastrukturunun dağıdılması da gündəmdədir.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*