Amerikanın İrana qarşı hərbi əməliyyatı ABŞ rəsmilərinin ziddiyyətli izahatları və getdikcə daha aqressiv ritorika ilə müşayiət olunur, Amerika ordusu isə hələ də nə üçün mübarizə apardığını anlamır.
KONKRET.az xəbər verir ki, bunu amerikalı yazıçı və İraq müharibəsi veteranı Fil Kley “Nyu York Tayms” qəzetində yazdığı məqaləsində deyib.
Müəllif qeyd edib ki, İraq müharibəsi zamanı çoxsaylı yanlış hesablama və siyasi səhvə baxmayaraq, əsgərlər ən azı hansı məqsədlə cəbhədə olduqlarını anlayırdılar:
“Lakin bu gün Amerika hərbçilərinin İrana qarşı əməliyyatın strateji məqsədləri barədə dəqiq anlayışı olmaya bilər. Rəsmi izahatlar Tehranın nüvə proqramını dayandırmaq zərurətindən tutmuş, rejimin dəyişməsi istəyinə və ya ABŞ və müttəfiqləri üçün hipotetik təhlükənin qarşısını almağa qədər müxtəlifdir”.
