ABŞ hərbçilərinin “İncirlik” aviabazasından çıxarılması tələb edildibackend

ABŞ hərbçilərinin "İncirlik" aviabazasından çıxarılması tələb edildi

Türkiyənin Ana Vətən Partiyası ABŞ hərbçilərinin İncirlik hava bazasından çıxarılmasını və Türkiyə Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi qüvvənin lideri Doğu Perinçek məlumat verib.

O qeyd edib ki, Amerika kontingentinin bazadan çıxarılması tarixi zərurətə çevrilib.

“1960-cı illərdən partiyamız “İncirlik” aviabazasının bağlanması üçün mübarizə aparır. Hesab edirəm ki, bu günlərdə bu məsələ daha aktualdır”, – deyə Perinçek bildirib.

Siyasətçinin sözlərinə görə, ABŞ Hərbi Hava Qüvvələri İsrailə hərbi texnika və lazımi silahların verilməsində İncirlik aviabazasından istifadə edir. Bu səbəbdən Türkiyə tərəfi bazanın müstəsna olaraq Türkiyənin nəzarəti altında olması və yalnız Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilməsində israr edir.

​Dekabrın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ölkə Qəzza zolağında münaqişənin həlli üçün istənilən məsuliyyəti öz üzərinə götürməyə hazırdır. İsrailin Qəzzada törətdiyi zorakılıq insanlığa qarşı cinayətdir və günahkarlar beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edilməlidir.

Proses belə davam edərsə, ABŞ Yaxın Şərqlə münasibətlərini tamamilə kəsəcək. Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu belə əsaslandırır ki, ABŞ-ın bölgədəki mənəvi üstünlüyü inanılmaz dərəcədə zərər görüb.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*