ABŞ HHQ komandanı: “Ukrayna F-16-ları 2-3 ilə əldə edə bilər”backend

ABŞ HHQ komandanı: "Ukrayna F-16-ları 2-3 ilə əldə edə bilər"

Ukrayna F-16 qırıcılarını siyasi qərar qəbul edildikdən 2-3 il sonra ala biləcək.

KONKRET.az “Politico”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Heker bildirib.

Onun sözlərinə görə, bu, pilotların hazırlanması və maddi-texniki təchizat məsələləri ilə bağlıdır.

General hesab edir ki, Qərb ölkələri uzunmüddətli perspektivdə Ukrayna münaqişəsindən danışır və buna əsaslanaraq, hərbi yardım göstərmək planları hazırlayır. Çünki Ukraynada münaqişənin aylar deyil, illərlə davam edəcəyi ehtimal olunur.

O qeyd edib ki, Kiyev Qərbin köməyi ilə döyüşmək üçün lazım olan hər şeyə malikdir.

Hekker kəşfiyyat məlumatlarının Kiyevə ötürülməsindən də danışıb.

“Biz hansısa hədəfin harada olduğunu onlara çatdırırıq, zərbə vurmaq istəyi onlardan asılıdır”, – deyə general bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*