“Gürcüstan ABŞ ilə məsləhətləşmələrə tamamilə açıqdır”.
KONKRET.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
O, bu yaxınlarda amerikalı senator Stiv Deyns ilə görüşünü məhsuldar adlandırıb:
“Senator Deyns ilə görüş ABŞ nümayəndələri ilə digər görüşlərdən fərqli oldu. Danışıqlar Gürcüstan-ABŞ münasibətlərinin yenidən başladılması baxımından məhsuldar oldu. Biz açıq olaraq bildirmişik ki, ABŞ ilə strateji tərəfdaşlığı yenidən və konkret “yol xəritəsi” ilə başlatmağa hazırıq”.