ABŞ-ın Təl-Əvivdə yeraltı bazası var və oradan CENTCOM nümayəndələri İsrailin Qəzza zolağında hərəkətlərini kodinasiya edirlər.
KONKRET.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin generalı Qulam-Əli Rəşid bildirib.
“CENTCOM-un komandirləri, eləcə də ABŞ ordusunun quru qoşunları və dəniz qüvvələri hazırda Tel-Əviv yaxınlığındakı yeraltı bazadadır. Onlar Qəzza zolağında əməliyyat zamanı İsrail qüvvələrinin komandirlərinin hərəkətlərini əlaqələndirirlər”, – Rəşid deyib.
Generalın sözlərinə görə, İranda olan məlumatlar bir daha sübut edir ki, ABŞ-ın hərəkətləri münaqişənin yayılmasının məhdudlaşdırılması zərurəti ilə bağlı bəyanatlara uyğun gəlmir.
Ariz Həsənoğlu,
KONKRET.az