ABŞ-ın vitse-prezidenti KXDR-in raket buraxılışından sonra bu ölkələrin liderləri ilə GÖRÜŞƏCƏKbackend

ABŞ-ın vitse-prezidenti KXDR-in raket buraxılışından sonra bu ölkələrin liderləri ilə GÖRÜŞƏCƏK

ABŞ-ın vitse-prezidenti Kamala Harris bu gün Banqkokda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində KXDR-in raket buraxılışı ilə bağlı Avstraliya, Kanada, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiya liderləri ilə məsləhətləşmələr aparacaq.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Kirsten Allen məlumat verib.

Qeyd edək ki, daha əvvəl “Kyodo” agentliyi mənbələrə istinadən 6 ölkənin nümayəndələrinin fövqəladə toplantısı barədə məlumat yayıb.

Bildirilib ki, Yaponiyanın Baş naziri Fumio Kişida, Kanadanın Baş naziri Castin Trüdo, Avstraliyanın Baş naziri Entoni Albaneze, Yeni Zelandiyanın Baş naziri Casinda Ardern, Cənubi Koreyanın Baş nazir Han Duk Su və ABŞ-ın vitse-prezidenti Kamala Harris hazırda Banqkokdadır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*